ABŞ Suriyadan çıxartdığı hərbçilərini Qatar və ya Küveytə yerləşdirəcək

ABŞ Suriyadan çıxartdığı hərbçilərini Qatar və ya Küveytə yerləşdirəcək ABŞ Suriyadan İraqa köçürdüyü hərbçilərini bir ay müddətinə Qatara və ya Küveytə yerləşdirəcək.
Digər ölkələr
23 Oktyabr , 2019 15:27
ABŞ Suriyadan çıxartdığı hərbçilərini Qatar və ya Küveytə yerləşdirəcək

ABŞ Suriyadan İraqa köçürdüyü hərbçilərini bir ay müddətinə Qatara və ya Küveytə yerləşdirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İraqın müdafiə naziri Nəcah əş-Şamari “Al-Sumaria” telekanalına müsahibəsində bildirib.

“Suriyadan çıxarılan ABŞ hərbçiləri 4 həftə ərzində İraqı tərk edərək Küveytə və ya Qatara göndəriləcək”, - deyə o qeyd edib.

Xatırladaq ki, oktyabrın 23-də Pentaqonun başçısı Mark Esper elan edilmədən Bağdada səfər edib. O, İraqa səfəri zamanı baş nazir Adel Əbdül Mehdi və müdafiə naziri əş-Şamari ilə görüşüb. 

Son xəbərlər

Orphus sistemi