ABŞ Senatının komitəsi Con Hantsmanın Amerikanın Rusiyadakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib

ABŞ Senatının komitəsi Con Hantsmanın Amerikanın Rusiyadakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib Komitə üzvləri ona yekdilliklə səs veriblər
Digər ölkələr
26 Sentyabr , 2017 20:55
ABŞ Senatının komitəsi Con Hantsmanın Amerikanın Rusiyadakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib
AFP

Bakı. 26 sentyabr. REPORT.AZ/ ABŞ Senatının xarici işlər üzrə komitəsinin üzvləri yekdilliklə Con Hantsmanın Amerikanın Rusiyadakı səfiri vəzifəsinə namizədliyinə səs veriblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bundan sonra onun namizədliyi Senat tərəfindən təsdiqlənməlidir. 

Rusiya hakimiyyəti Hantsmanın Moskvada işləməsinə artıq ilkin razılıq verib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp C.Hantsmanın bu vəzifəyə namizədliyini hələ iyulun ortalarında irəli sürmüşdü.

Xatırladaq ki, Con Hantsman daha öncə ABŞ diplomatik missiyasının Sinqapur və Çində rəhbəri olub. 2005–2009-cu illərdə o, Yuta ştatının qubernatoru olub. 

Son xəbərlər

Orphus sistemi