ABŞ Senatı Ceyms Mettisi müdafiə naziri vəzifəsinə təsdiq edib

ABŞ Senatı Ceyms Mettisi müdafiə naziri vəzifəsinə təsdiq edib İstefaya çıxmış generalın lehinə 100 senatordan 70-i səs verib
Digər ölkələr
21 Yanvar , 2017 02:40
ABŞ Senatı Ceyms Mettisi müdafiə naziri vəzifəsinə təsdiq edib

Bakı. 21 yanvar. REPORT.AZ/ ABŞ Senatı Ceyms Mettisi müdafiə naziri vəzifəsinə təsdiq edib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Mettis səslərin əksəriyyətini əldə edib. Belə ki, istefaya çıxmış generalın lehinə 100 senatordan 70-i səs verib.

Ceymsin namizədliyini cümə günü prezident səlahiyyətlərinin icrasına başlamış Donald Tramp irəli sürmüşdü. O, inauqurasiyadan dərhal sonra Mettisin Pentaqon rəhbəri vəzifəsinin icrasına başlaması ilə bağlı sənədi imzalayıb.

ABŞ-da qüvvədə olan qanunvericiliyə görə, ölkənin müdafiə nazirinin vəzifəsini mülki şəxs icra edir. Lakin bu postu keçmiş hərbçi də istefaya çıxmasından sonrakı 7 ildən tez olmamaq şərtilə tuta bilər. General Mettis 2013-cü ildə istefaya çıxıb. Bu səbəbdən də onun prezident tərəfindən ölkənin müdafiə naziri vəzifəsinə təsdiq edilməsi üçün Senatın xüsusi icazəsi lazım olub.

Son xəbərlər

Orphus sistemi