ABŞ iqtisadiyyatı "şatdaun"a görə həftəyə 1,2 milyard dollar itki ilə üzləşə bilər

ABŞ iqtisadiyyatı "şatdaun"a görə həftəyə 1,2 milyard dollar itki ilə üzləşə bilər Bakı. 11 yanvar. REPORT.AZ/ Fəaliyyətini dayandıran ABŞ federal idarələri çalışmağa başlamasa, ölkə iqtisadiyyatı həftəyə 1,2 milyard dollaradək itki ilə üzləşə bilər.
Digər ölkələr
11 Yanvar , 2019 15:06
ABŞ iqtisadiyyatı şatdauna görə həftəyə 1,2 milyard dollar itki ilə üzləşə bilər

Bakı. 11 yanvar. REPORT.AZ/ Fəaliyyətini dayandıran ABŞ federal idarələri çalışmağa başlamasa, ölkə iqtisadiyyatı həftəyə 1,2 milyard dollaradək itki ilə üzləşə bilər.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin iqtisadiyyat məsələləri üzrə müşaviri Kevin Hasset bildirib.

“Politico”nun qeyd etdiyinə görə, nəticədə ölkədəki iqtisadi artım cəmi 0,05 faiz azalsa da, ÜDM-in vəd edilən 3 faizlik dayanıqlı artımı hədəfinə çatmaq hökumət üçün çətinləşə bilər.

Xatırladaq ki, yeni ilin büdcəsi Konqres tərəfində vaxtında razılaşdırılmadığı üçün ötən il dekabrın 22-də federal idarələrin bir qismi fəaliyyətini dayandırmışdı "şatdaun" (shutdown).

Bundan əvvəl “Fitch” reytinq agentliyi "şatdaun"a görə ABŞ-ın suveren kredit reytinqinin azala biləcəyini bildirmişdi.

Son xəbərlər

Orphus sistemi