ABŞ Rusiyanın 8 fiziki və hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib

ABŞ Rusiyanın 8 fiziki və hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb
Digər ölkələr
11 İyun , 2018 18:55
ABŞ Rusiyanın 8 fiziki və hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib

Bakı. 11 iyun. REPORT.AZ/ ABŞ Rusiyanın 3 fiziki və 5 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib.  

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. 

"Qara siyahı"ya Oleq Çirkov, Vladimir Kaqanski və Aleksandr Tribunun adları daxil edilib. Onların hamısı "Dayvtexnosentr" şirkəti ilə əlaqəli olduqlarına görə sanksiyaya məruz qalıblar. 

Bundan başqa, "Digital Security", "Dayvtexnosentr" və "Kvant" elmi-tədqiqat institutu da Rusiya Federal Təhqiqatlar Bürosu (FTB) ilə əlaqələrinə görə sanksiya siyahısına daxil edilib. 

Son xəbərlər

Orphus sistemi