ABŞ rəhbəri Hindistana şərt qoydu

ABŞ rəhbəri Hindistana şərt qoydu “Hindistanla ticarət müqaviləsini Amerika üçün sərfəli olacağı təqdirdə imzalayacağam”.
Digər ölkələr
12 Fevral , 2020 03:35
ABŞ rəhbəri Hindistana şərt qoydu

“Hindistanla ticarət müqaviləsini Amerika üçün sərfəli olacağı təqdirdə imzalayacağam”.

“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərlə görüşü zamanı bildirib.

“Bu yaxınlarda (Hindistanın Baş naziri Narendra) Modi ilə danışdım. Görəcəyik. Əgər (ABŞ üçün) qazanclı bir saziş bağlaya bilsək, onda imzalayacağıq”- deyə, o bildirib.

Amerika Birləşmiş Ştatlarının prezidenti fevralın 24-dən 25-dək Hindistana rəsmi səfər edəcək.

Qeyd edək ki, Hindistan hökuməti yaxın vaxtlarda ABŞ istehsalı olan 24 helikopterin alınması barədə sazişi rəsmi olaraq təsdiqləmək niyyətindədir. 

Qərar ABŞ Prezidenti Donald Trampın Hindistana səfəri ərəfəsində qəbul edilməlidir. Müqavilənin ümumi dəyərinin 2.6 milyard dollar olduğu deyilir.

Son xəbərlər

Orphus sistemi