Yuxarı

ABŞ rəhbəri Çinlə danışıqlara hazır olduğunu bildirib

​ABŞ rəhbəri Çinlə danışıqlara hazır olduğunu bildirib

ABŞ Çindən idxal edilən məhsullara gömrük rüsumlarını artırmasına baxmayaraq, bu ölkə ilə ticarət sahəsində danışıqlara hazırdır.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların dövlət başçısı Donald Tramp Fransaya, G7 sammitində iştirak etmək üçün yola düşməzdən əvvəl jurnalistlərə bildirib.

ABŞ lideri mətbuat nümayəndələrinin Çinə qarşı tariflərin sərtləşdirilməsinə baxmayaraq bu ölkə ilə danışıqlara hazır olub-olmaması barədə sualına "Bəli, mən hər zaman danışıqlara hazıram", - cavabını verib.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Pekinin Amerikadən idxal edilən avtomobillərə və onların ehtiyat hissələrinə rüsumların artırmasına cavab olaraq Birləşmiş Ştatların Çindən idxal etdiyi mallara rüsumları artırmaq qərarı haqqında bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi