Yuxarı

ABŞ prezidenti sinaqoqda baş vermiş silahlı insidentə münasibət bildirib

ABŞ prezidenti sinaqoqda baş vermiş silahlı insidentə münasibət bildirib

Bakı. 27 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp şənbə günü səhər naməlum şəxsin əvvəlcə sinaqoq ziyarətçilərinə, sonra isə hadisə yerinə gələn polislərə atəş açması ilə bağlı vəziyyəti izləyir.

“Report” TASS-a istinadən xəbər verir ki, dövlət başçısı bu barədə öz "Twitter" səhifəsində yazıb.

"Pensilvaniya ştatı, Pittsburq şəhərində baş verən hadisələri izləyirəm. Asayiş keşikçiləri hadisə yerindədirlər. "Squirrel Hill" ərazisində yaşayan insanlar evdən bayıra çıxmamalıdırlar. Görünür söhbət bir neçə nəfərin ölməsindən gedir, atəş açan şəxsdən özünüzü qoruyun", - deyə Tramp yazıb.

ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində şənbə günü çoxlu insanın toplaşdığı sinaqoqlardan birində naməlum şəxs avtomat silahdan atəş açıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi