ABŞ PKK-nın Suriyadakı qruplaşmasına yardım göndərdi

ABŞ PKK-nın Suriyadakı qruplaşmasına yardım göndərdi ABŞ YPG/PKK qruplaşmasının nəzarəti altında olan Suriyanın Haseke və Şəddadi şəhərlərinə koronavirusla mübarizə məqsədi ilə 1,2 milyon ABŞ dolları dəyərində tibbi ləvazimat göndərib.
Digər ölkələr
4 Aprel , 2020 11:12
ABŞ PKK-nın Suriyadakı qruplaşmasına yardım göndərdi

ABŞ YPG/PKK qruplaşmasının nəzarəti altında olan Suriyanın Haseke və Şəddadi şəhərlərinə koronavirusla mübarizə məqsədi ilə 1,2 milyon ABŞ dolları dəyərində tibbi ləvazimat göndərib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu bölgədəki koalisiya qüvvələri açıqlayıb.

“Təmin edilmiş tibbi ləvazimat xəstəxana həkimləri, həmçinin Suriya Demokratik Qüvvələri və həbsxanada asayiş qoruyucuları üçün nəzərdə tutulub”.

Yardıma əlcək, maska, əməliyyat ləvazimatı və oksimetrin daxil olduğu vurğulanıb.

Qeyd edək ki, YPG/PKK silahlılarının nəzarəti altında olan bu bölgənin həbsxanasında xüsusilə çoxlu sayda İŞİD terrorçuları saxlanılır. 

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo martın 27-də Suriyaya humanitar yardım çərçivəsində ABŞ-ın 16,8 milyon ABŞ dolları kömək edəcəyini bildirmişdi.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 118 000-i ötüb. Bunların 229 151 nəfəri sağalıb, 59 203 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi