ABŞ ölkələrin "qara siyahı"sından imtina edib

ABŞ ölkələrin "qara siyahı"sından imtina edib Bakı. 30 yanvar. REPORT.AZ/ ABŞ Daxili Təhlükəsizlik Nazirliyi ölkə rəhbərliyinin 11 ölkədən Birləşmiş Ştatlara qaçqınların girişinə tətbiq edilən tam qadağa təcrübəsindən imtina ilə bağlı qərarını elan edib.
Digər ölkələr
30 Yanvar , 2018 11:12
ABŞ ölkələrin qara siyahısından imtina edib
Getty Images

Bakı. 30 yanvar. REPORT.AZ/ ABŞ Daxili Təhlükəsizlik Nazirliyi ölkə rəhbərliyinin 11 ölkədən Birləşmiş Ştatlara qaçqınların girişinə tətbiq edilən tam qadağa təcrübəsindən imtina ilə bağlı qərarını elan edib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Xatırladaq ki, 2017-ci ilin oktyabr ayında ABŞ qaçqınların ümumi qəbul proqramını yenidən işə salıb, amma qaçqınlarını milli təhlükəsizlik üçün təhdid hesab etdiyi 11 ölkəni istisna edib.

Qaçqınların hüquqlarının müdafiəsi təşkilatının məlumatına görə, söhbət Misir, İran, İraq, Liviya, Mali, Şimali Koreya, Somali, Cənubi Sudan, Sudan, Suriya və Yəməndən gedir.

Qeyd olunur ki, miqrantların ABŞ-a girişinə məhdudiyyətlər tətbiq edilməsi ölkə Prezidenti Donald Trampın seçkiqabağı əsas vədlərindən biri olub. O, bu vəzifəyə seçildikdən sonra miqrasiya ilə bağlı bir neçə, o cümlədən əhalisi əsasən müsəlman olan altı ölkənin vətəndaşlarının ölkəyə daxil olmasına qadağa qoyan sənəd imzalayıb.

Son xəbərlər

Orphus sistemi