Yuxarı

ABŞ noyabrın 20-də Camal Qaşıqçının qatilinin adını açıqlayacaq

ABŞ noyabrın 20-də Camal Qaşıqçının qatilinin adını açıqlayacaq

Bakı. 18 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp şənbə günü deyib ki, ABŞ yaxın günlərdə, çox güman çərşənbə axşamı, noyabrın 20-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda jurnalist Camal Qaşıqçının qətli ilə bağlı "ətraflı hesabat" dərc edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, Kaliforniya ştatından olan Amerika liderinin sözlərini "Associated Press" sitat gətirib.

Siyasətçi bildirib ki, hesabatda bunu [jurnalistin qətlini kimin törətdiyi] kimin etdiyi öz əksini tapacaq.

Bundan əvvəl “Vaşinqton post” qəzeti Qaşıqçının öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın verdiyini yazıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi