ABŞ noyabrın 20-də Camal Qaşıqçının qatilinin adını açıqlayacaq

ABŞ noyabrın 20-də Camal Qaşıqçının qatilinin adını açıqlayacaq Bakı. 18 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp şənbə günü deyib ki, ABŞ yaxın günlərdə, çox güman çərşənbə axşamı, noyabrın 20-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda jurnalist Camal Qaşıqçının qətli ilə bağlı ətraflı hesabat dərc edəcək.
Digər ölkələr
18 Noyabr , 2018 05:35
ABŞ noyabrın 20-də Camal Qaşıqçının qatilinin adını açıqlayacaq

Bakı. 18 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp şənbə günü deyib ki, ABŞ yaxın günlərdə, çox güman çərşənbə axşamı, noyabrın 20-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda jurnalist Camal Qaşıqçının qətli ilə bağlı "ətraflı hesabat" dərc edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, Kaliforniya ştatından olan Amerika liderinin sözlərini "Associated Press" sitat gətirib.

Siyasətçi bildirib ki, hesabatda bunu [jurnalistin qətlini kimin törətdiyi] kimin etdiyi öz əksini tapacaq.

Bundan əvvəl “Vaşinqton post” qəzeti Qaşıqçının öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın verdiyini yazıb.

Son xəbərlər

Orphus sistemi