Yuxarı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Bakı rezidenturası rəhbərinin müavini işləmiş Cina Haspel qurumun direktoru vəzifəsinə təsdiq edilib

O, ABŞ tarixində MKİ-yə rəhbərlik edəcək ilk qadın, sayca isə 7-ci direktor olacaq

Bakı. 18 may. REPORT.AZ/ ABŞ Konqresinin Senatı cümə axşamı Cina Haspeli Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə təsdiq edib.

“Report” "The New York Times"a istinadən xəbər verir ki, səsvermə zamanı Senatın 54 üzvü onun namizədliyinin lehinə, 45-i isə əleyhinə səs verib.

O, ABŞ tarixində MKİ-yə rəhbərlik edəcək ilk qadın, sayca isə 7-ci direktor olacaq. Cina Haspel bu vəzifədə hazırda ABŞ-ın dövlət katibi olan Mayk Pompeonu əvəz edəcək.

C.Haspel 1985-ci ildən idarədə çalışır, xaricdə böyük iş təcrübəsinə malikdir. O, xarici kəşfiyyat xidməti və antiterror mərkəzinin direktor müavini vəzifələrində işləyib. Cina Haspel 1998-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin Bakı rezidenturasını rəhbərinin müavini işləyib. O, eyni zamanda 2000-ci ildə MKİ-nin Ankaradakı rezidenturası rəhbərinin müavini olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi