ABŞ KXDR rəsmilərinə qarşı sanksiyalar tətbiq edib

ABŞ KXDR rəsmilərinə qarşı sanksiyalar tətbiq edib Bakı. 11 dekabr. REPORT.AZ/ ABŞ KXDR rəhbərliyinin nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib.
Digər ölkələr
11 Dekabr , 2018 02:19
ABŞ KXDR rəsmilərinə qarşı sanksiyalar tətbiq edib

Bakı. 11 dekabr. REPORT.AZ/ ABŞ KXDR rəhbərliyinin nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, məhdudiyyətlər Koreya Xalq Ordusunun vitse-marşalı Çxve Ren Xeyə, dövlət təhlükəsizliyi naziri Çen Kyon Txekə və Təbliğat, Təşviqat Departamentinin direktoru Pak Qvan Xoya qarşı tətbiq olunub. Sanksiyaların senzura və insan haqları ilə əlaqədar olduğu qeyd edilir.

"Sanksiyalar söz azadlığına dəstəyi və bizim senzura sisteminə, insan haqlarının pozulmasına qarşı mövqeyimizi nümayiş etdirir", - deyə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.

Daha əvvəl məlum olub ki, ABŞ KXDR-ə qarşı sanksiyaları ləğv etməyəcək.

Son xəbərlər

Orphus sistemi