ABŞ KXDR-i danışıqlar masasına qayıtmağa çağırıb

ABŞ KXDR-i danışıqlar masasına qayıtmağa çağırıb ABŞ Koreya Xalq Demokratik Respublikasını (KXDR) danışıqlar masasına qayıtmağa çağırır.
Digər ölkələr
23 Oktyabr , 2019 02:56
ABŞ KXDR-i danışıqlar masasına qayıtmağa çağırıb

ABŞ Koreya Xalq Demokratik Respublikasını (KXDR) danışıqlar masasına qayıtmağa çağırır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın tərk-silah üzrə daimi nümayəndəsi Robert Vud BMT Təhlükəsizlik Şurasındakı çıxışında deyib.

"Prezident Donald Tramp əgər nüvəsizləşmə haqqında strateji qərarı qəbul etsə, Koreya Xalq Demokratik Respublikası üçün işıqlı gələcək perspektivini göstərdi. Ona görə biz Koreya Xalq Demokratik Respublikasını danışıqlar masasına qayıtmağa çağırırıq", - deyə Vud bildirib.

Daha əvvəl Stokholmda Kim Myon Qilin başçılıq etdiyi Koreya Xalq Demokratik Respublikası üzrə xüsusi nümayəndə heyəti fevralda Hanoyda keçirilmiş konfransdan sonra ilk dəfə ABŞ-ın Stiven Biqanın başçılıq etdiyi nümayəndə heyəti rəsmi işçi danışıqlar keçirib.

Son xəbərlər

Orphus sistemi