ABŞ kosmosda məxfi peykinin olduğunu açıqlayıb

ABŞ kosmosda məxfi peykinin olduğunu açıqlayıb ABŞ-ın Hərbi Hava Qüvvələri Yer kürəsinin orbitinə məxfi peyk çıxardığını bildirib.
Digər ölkələr
28 Oktyabr , 2019 06:59
ABŞ kosmosda məxfi peykinin olduğunu açıqlayıb

ABŞ-ın Hərbi Hava Qüvvələri Yer kürəsinin orbitinə məxfi peyk çıxardığını bildirib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edilir ki, söhbət kiçik ölçülü X-37B peykindən gedir. Məlumata görə, peyk 2017-ci ildə kosmosa çıxarılıb və 2 illik istifadədən sonra Yerə qayıdıb.

ABŞ-ın Hərbi Hava Qüvvələrinin idarə rəisi Rendi Valdenin sözlərinə görə, məxfi peykin missiyasının gedişatında araşdırma laboratoriyası üçün eksperimentlər aparılıb.

Qeyd edilir ki, daha əvvəl bu peyk barədə məlumat verilməyib. 

Son xəbərlər

Orphus sistemi