ABŞ Konqresinin komitəsi Ukraynaya hərbi yardım qərarına dəstək verdi

ABŞ Konqresinin komitəsi Ukraynaya hərbi yardım qərarına dəstək verdi Qərarı 30 komitə üzvü dəstəkləyib, 2 nəfər qarşı çıxıb
Digər ölkələr
1 May , 2015 02:16
ABŞ Konqresinin komitəsi Ukraynaya hərbi yardım qərarına dəstək verdi

Bakı. 1 May. REPORT.AZ/ ABŞ Konqresinin silahlı qüvvələr üzrə komitəsi Ukraynaya hərbi yardım göstərilməsi barədə yeni qanun layihəsi təstiqləyib.

"Report" BBC-yə istinadən xəbər verir ki, amerikalı qanunvericilər Ukraynanın bəzi növ silahlara, o cümlədən tank əleyhinə raketlərə, pilotsuz uçan aparatlara, radio-elektron mübarizə vasitələrinə və zirehli avtomobillərə ehtiyacı olduğunu bildirərək, rəsmi Kiyevə "Rusiyanın təcavüzünə qarşı" 200 milyon dollar həcmində yardım ayrılmasına qərar veriblər.

Qərarı 30 komitə üzvü dəstəkləyib, 2 nəfər qarşı çıxıb.

Qeyd edək ki, bu qanun layihəsinə may ayı ərzində Nümayəndələr Palatasında baxılacaq.

Son xəbərlər

Orphus sistemi