ABŞ keçən il 7 ölkəyə 26 mindən çox bomba atıb

ABŞ keçən il 7 ölkəyə 26 mindən çox bomba atıb Ekspertin yazdığına görə, ən çox - 12192 bomba Suriyaya atılıb
Digər ölkələr
7 Yanvar , 2017 17:02
ABŞ keçən il 7 ölkəyə 26 mindən çox bomba atıb

Bakı. 7 yanvar. REPORT.AZ/ ABŞ 2016-cı il ərzində 7 ölkəyə 26171 bomba atıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə xarici siyasət və milli təhlükəsizlik üzrə amerikalı mütəxəssis Miki Zenkonun Beyməlxalq Əlaqələr Şurasının saytında dərc edilən hesabatında deyilir.

Ekspertin yazdığına görə, ən çox - 12192 bomba Suriyaya atılıb. Bundan başqa, ABŞ İraqda 12095, Əfqanıstanda 1337, Liviyada 496, Yəməndə 34, Somalidə 14, Pakistanda 3 dəfə bombadan istifadə edib.

Hesabat müəllifinin sözlərinə görə, ABŞ 2015-ci ildə bundan 3027 az bomba atıb. Bundan başqa, həmin vaxt siyahıda Liviya olmayıb.

M.Zenko qeyd edib ki, burada göstərilən rəqəmlər ən aşağı göstəricilərdir. Belə ki, bir zərbə zamanı bir neçə bomba atmaq mümkündür, üstəlik, yalnız Pakistan, Yəmən, Somali və Liviya ilə bağlı etibarlı məlumatlar var. Mütəxəssis Suriya, İraq və Əfqanıstan üzrə informasiyaları Pentaqonun hesabatlarından və internet arxivindən toplayıb.

Son xəbərlər

Orphus sistemi