ABŞ kanadalı sabiq diplomatın Çində tutulmasından narahatdır

ABŞ kanadalı sabiq diplomatın Çində tutulmasından narahatdır Bakı. 12 dekabr. REPORT.AZ/ ABŞ Kanadanın sabiq diplomatı Maykl Kovriqin Çində saxlanılmasından narahatdır.
Digər ölkələr
12 Dekabr , 2018 08:20
ABŞ kanadalı sabiq diplomatın Çində tutulmasından narahatdır

Bakı. 12 dekabr. REPORT.AZ/ ABŞ Kanadanın sabiq diplomatı Maykl Kovriqin Çində saxlanılmasından narahatdır.

"Report" "The Washington Post"a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Robert Palladino deyib.

Palladino bildirib ki, ABŞ "özbaşına tutulmaların bütün formalarını" pisləyir.

Bundan əvvəl Çin Kanadadan "Huawei"in maliyyə direktorunu dərhal buraxmağı tələb edib.

Son xəbərlər

Orphus sistemi