ABŞ-ın yeni sanksiyaları Venesuelanı narahat etmir

ABŞ-ın yeni sanksiyaları Venesuelanı narahat etmir Bakı. 8 yanvar. REPORT.AZ/ Venesuelanın vitse-prezidenti Delsi Rodriqes ABŞ-ın fərdi sanksiyalarının ölkə üçün əhəmiyyətsiz olduğunu bildirsə də, maliyyə blokadasına qarşı çıxıb.
Digər ölkələr
8 Yanvar , 2019 23:54
ABŞ-ın yeni sanksiyaları Venesuelanı narahat etmir

Bakı. 8 yanvar. REPORT.AZ/ Venesuelanın vitse-prezidenti Delsi Rodriqes ABŞ-ın fərdi sanksiyalarının ölkə üçün əhəmiyyətsiz olduğunu bildirsə də, maliyyə blokadasına qarşı çıxıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, onun sözlərini "Union" radiosu sitat gətirib.

"Bunlar sanksiya deyil, bunlar qanunsuz tədbirlərdir, çünki onlar heç bir beynəlxalq qanunda yoxdur, onları tətbiq edənlər düşünürlər ki, bunlar kimisə narahat edir, lakin bizi onlar maraqlandırmır".

Onun sözlərinə görə, Venesuela hakimiyyəti ölkəyə qarşı ciddi maliyyə blokadasının olduğunu bildirir: "Bu, bizim əhaliyə ciddi təsir göstərir".

Son xəbərlər

Orphus sistemi