ABŞ-ın ümumi dövlət borcu ilk dəfə 19,5 trilyon dolları ötüb

ABŞ-ın ümumi dövlət borcu ilk dəfə 19,5 trilyon dolları ötüb Obamanın prezidentlik dövrünün sonunadək borcun 20 trilyona çatacağı gözlənilir
Digər ölkələr
2 Sentyabr , 2016 03:05
ABŞ-ın ümumi dövlət borcu ilk dəfə 19,5 trilyon dolları ötüb

Bakı. 02 sentyabr. REPORT.AZ/ Birləşmiş Ştatların dövlət borcunun ümumi məbləği ilk dəfə olaraq 19,5 trilyon dolları ötüb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, bu hədd avqustun 31-də keçilib. Sözügedən tarixdə Amerika hakimiyyətinin borc öhdəliklərinin məbləği 19,51 trilyon dollardan çox olub.

Xəbəri şərh edən "The Washington Examiner" ölkənin hazırkı prezidenti Barak Obamanın hakimiyyətə gəlişinə qədər dövlət borcunun ümumi həcminin təqribən 10,63 trln. dollara bərabər olduğunu yazıb. Belə olan halda, tam olmayan 8 il ərzində o ikiqat artıb. Və gözlənilir ki, Obamanın prezidentlik müddəti bitincəyədək bu borc 20 trln. dollara yaxınlaşacaq.

Son xəbərlər

Orphus sistemi