ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ölkənin Orta və yaxın mənzilli raketlərin ləğv edilməsinə dair Müqavilədən çıxacağı tərixi açıqlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, o, ABŞ-ın müqavilədən rəsmi olaraq avqustun 2-də çıxacağını bildirib.
Boltonun sözlərinə görə, Strateji hücum silahlarının gələcəkdə azaldılması və məhdudlaşdırılması üzrə tədbirlər haqqında Rusiya-Amerika müqaviləsi həmçinin çətin ki, uzadılsın, çünki ən əvvəldən əhəmiyyətli çatışmazlıqlar olub.
Bununla belə, Trampın müşaviri qeyd edib ki, bununla bağlı hələ ki, yekun qərar qəbul olunmayıb.