ABŞ-ın SHSM-dən rəsmi olaraq çıxacağı vaxt açıqlanıb

ABŞ-ın SHSM-dən rəsmi olaraq çıxacağı vaxt açıqlanıb ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ölkənin Orta və yaxın mənzilli raketlərin ləğv edilməsinə dair Müqavilədən çıxacağı tərixi açıqlayıb.
Digər ölkələr
31 İyul , 2019 08:29
ABŞ-ın SHSM-dən rəsmi olaraq çıxacağı vaxt açıqlanıb

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ölkənin Orta və yaxın mənzilli raketlərin ləğv edilməsinə dair Müqavilədən çıxacağı tərixi açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, o, ABŞ-ın müqavilədən rəsmi olaraq avqustun 2-də çıxacağını bildirib.

Boltonun sözlərinə görə, Strateji hücum silahlarının gələcəkdə azaldılması və məhdudlaşdırılması üzrə tədbirlər haqqında Rusiya-Amerika müqaviləsi həmçinin çətin ki, uzadılsın, çünki ən əvvəldən əhəmiyyətli çatışmazlıqlar olub.

Bununla belə, Trampın müşaviri qeyd edib ki, bununla bağlı hələ ki, yekun qərar qəbul olunmayıb.

Son xəbərlər

Orphus sistemi