Bakı. 18 oktyabr. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın Deyr-ər-Zor şəhərində dinc əhalini bombalayıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Suriyadan olan hərbi mənbə deyib.
Zərbənin Əs-Susa kəndinə endirildiyi qeyd olunur.
"Bəli, bu gün belə bir hadisə baş verib, koalisiya aviasiyası daima günahsız insanların evlərini bombalamaqla İŞİD-ə kömək edir", – deyə mənbə əlavə edib.
Hadisə nəticəsində ölən və yaralananlar var.
Bundan əvvəl İŞİD Suriyada Avropa ölkələrinin vətəndaşları da daxil olmaqla, 700 nəfəri girov götürüb.