Yuxarı

ABŞ-ın Monteneqrodakı səfirliyinə silahlı hücum olub

Naməlum şəxs səfirlik binasına partlayıcı maddə atıb, ardınca özünü partladıb

Bakı. 22 fevral. REPORT.AZ/ Monteneqronun paytaxtı Podqoritsa şəhərində naməlum şəxs ABŞ səfirliyinin binasına partlayıcı maddə atıb, ardınca özünü partladıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "Reuters" məlumat yayıb.

Bildirilir ki, hücum çərşənbə günü gecəyarısı baş verib.

ABŞ səfirliyi öz vətəndaşlarına diplomatik nümayəndəliyin yerləşdiyi ərazidən uzaq olmağı tövsiyə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi