Yuxarı

Donald Trampın səfərindən sonra ABŞ-ın İraqdakı səfiri hücuma məruz qalıb

ABŞ-ın İraqdakı səfiri hücuma məruz qalıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Bağdadın “yaşıl bölgəsi”ndə ABŞ səfirliyinin yaxınlığında bir neçə minaatan mərmisi partladılıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi idarələrdə çalışanların sözlərinə görə, səfirliyin mühafizəçiləri də xəbərdarlıq atəşi açıblar. Bu saatadək səfirlikdən həmin hadisəyə dair hər hansı şərh verilməyib.

Xatırladaq ki, bundan az əvvəl ABŞ Prezidenti Donald Tramp İraqa səfər edərək, bu ölkədə yerləşdirilən amerikalı hərbçilərlə görüşüb. Görüş zamanı dövlət başçısı İraqdan ordu hissələrini çıxartmaq niyyətində olmadıqlarını diqqətə çatdırmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi