ABŞ-ın Ədliyyə Nazirliyi 13 rusiyalını, həmçinin "Putinin aşpazı"nı seçkilərə müdaxilədə ittiham edib

ABŞ-ın Ədliyyə Nazirliyi 13 rusiyalını, həmçinin "Putinin aşpazı"nı seçkilərə müdaxilədə ittiham edib Birləşmiş Ştatlar onların ekstradisiyasına nail olmaq niyyətindədir
Digər ölkələr
16 Fevral , 2018 23:59
ABŞ-ın Ədliyyə Nazirliyi 13 rusiyalını, həmçinin Putinin aşpazını seçkilərə müdaxilədə ittiham edib

ABŞ-ın Ədliyyə Nazirliyi 13 rusiyalını, həmçinin "Putinin aşpazı"nı seçkilərə müdaxilədə ittiham edib

Birləşmiş Ştatlar onların ekstradisiyasına nail olmaq niyyətindədir

Bakı. 16 fevral. REPORT.AZ/ ABŞ-ın Ədliyyə Nazirliyi 2016-cı ildə ölkədə keçirilən prezident seçkilərinə dair iş üzrə 13 Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb.

“Report” xəbər verir ki, bu barədə sənəd cümə günü idarənin saytında dərc olunub.

İttiham olunanlar sırasında Rusiya prezidenti Vladimir Putinin "aşpazı" adlandırılan sahibkar Yevgeni Priqojinin də adı var.

Digər fiqurantlar: Mixail Bıstrov, Mixail Burçik, Aleksandra Krılova, Anna Boqaçeva, Sergey Polozov, Mariya Bovda, Robert Bovda, Ceyhun Nəsimi oğlu Aslanov, Vadim Podkopayev, İrina Kaverzina, Qleb Vasilçenko, Vladimir Venkov.

Ayrıca şəxslərlə yanaşı "İnternet araşdırmalar agentliyi" təşkilatı, "Konkord Menecment və Konsaltinq" və "Konkord Keyterinq" şirkətləri də Amerikada keçirilmiş seçkilərə müdaxilənin iştirakçıları hesab olunur. Onların hamısı Priqojin ilə əlaqəlidir.

Sahibkar Yevgeni Priqojinin ABŞ Prokurorluğunun ölkədə seçkilərə müdaxiləyə görə ona qarşı ittiham irəli sürməsindən "heç də kefsiz olmayıb".

"Amerikalılar çox həssas insanlardırlar, görmək istədiklərini görürlər. Onlara böyük hörmətlə yanaşıram. Əgər onlar şeytan görmək istəyirlərsə, qoy görsünlər", - Priqojin bildirib.

ABŞ baş prokurorunun müavini Rod Rozenstayn bildirib ki, ölkəsi ittiham olunan 13 rusiyalının ekstradisiyasına nail olmaq niyyətindədir.

"Biz adi prosedurlarla hərəkət edərək əməkdaşlıq və ekstradisiyaya nail olacağıq", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi