ABŞ-ın BMT-dəki səfirinin avtomobili Kamerunda 7 yaşlı uşağı vurub

ABŞ-ın BMT-dəki səfirinin avtomobili Kamerunda 7 yaşlı uşağı vurub Azyaşlı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb
Digər ölkələr
19 Aprel , 2016 05:00
ABŞ-ın BMT-dəki səfirinin avtomobili Kamerunda 7 yaşlı uşağı vurub

Bakı. 19 aprel. REPORT.AZ/ABŞ-ın BMT-dəki səfiri Samanta Pauerin kortecindəki avtomobillərdən biri Kamerunun azyşalı sakininin ölümüylə nəticələnmiş yol-qəza hadisəsi törədib "Report"un məlumatına görə, bu barədə "The Washington Post" məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə bazar ertəsi, ölkənin şimalında baş verib.

Pauer qaçqınların yaşadığı düşərgəyə baş çəkib və yerli hakimiyyət nümayəndələrillə "Boko Xaram" terrorizminin fəsadlarını müzakirə edib.

Onun korterci Marua adlı kiçik şəhərdən keçərkən 7 yaşlı uşaq gözlənilmədən küçəyə çıxıb və karvandakı avtomobillərdən biri onu vurub. Azyaşlı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi