ABŞ-ın başçılıq etdiyi koalisiya Rakkadakı İŞİD üzvlərinin sayını açıqlayıb

ABŞ-ın başçılıq etdiyi koalisiya Rakkadakı İŞİD üzvlərinin sayını açıqlayıb Suriya ərazisinin 87 faizi terrorçulardan azad edilib
Digər ölkələr
28 Sentyabr , 2017 21:38
ABŞ-ın başçılıq etdiyi koalisiya Rakkadakı İŞİD üzvlərinin sayını açıqlayıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Suriyanın Rakka şəhərində əcnəbi döyüşçülər də daxil olmaqla, İŞİD terror qruplaşmasının 400-800 üzvü var.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın başçılıq etdiyi koalisiyasının nümayəndəsi Rayan Dillon deyib.

“Bizim hesablamalarımıza görə, Rakkada 400-800 İŞİD üzvü var. Onların əksəriyyəti əcnəbilərdir və sonadək mübarizə aparacaqlar”, - deyə o bildirib.

Bir müddət əvvəl Rusiyanın Müdaifə Nazirliyi Suriya ərazisinin 87 faizinin İŞİD qruplaşmasından azad edildiyini açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi