ABŞ-ın Alabama ştatında naməlum şəxs insanlara atəş açıb: yaralılar var

ABŞ-ın Alabama ştatında naməlum şəxs insanlara atəş açıb: yaralılar var Naməlum şəxsin metroda insanlara atəş açması nəticəsində 4 nəfər xəsarət alıb
Digər ölkələr
14 Aprel , 2017 01:55
ABŞ-ın Alabama ştatında naməlum şəxs insanlara atəş açıb: yaralılar var
Foto: publicintelligence.net

Bakı. 14 aprel. REPORT.AZ/ ABŞ-ın Alabama ştatının Atlant şəhərində baş vermiş silahlı insident nəticəsində bir neçə nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" şəhər nəqliyyatı idarəsinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, naməlum şəxs metroda insanlara atəş açıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

"Şübhəli şəxs saxlanılıb, təhqiqat aparılır" – deyə idarənin xəbərində bildirilir. Atışmanın baş verdiyi "West Lake Station" müvəqqəti olaraq bağlanılıb.

Yaralıların vəziyyəti və ölənlərin olub-olmaması barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi