Yuxarı
    Bağlamaq

    ABŞ-ın Alabama ştatında naməlum şəxs insanlara atəş açıb: yaralılar var

    Naməlum şəxsin metroda insanlara atəş açması nəticəsində 4 nəfər xəsarət alıb© Foto: publicintelligence.net

    Bakı. 14 aprel. REPORT.AZ/ ABŞ-ın Alabama ştatının Atlant şəhərində baş vermiş silahlı insident nəticəsində bir neçə nəfər xəsarət alıb.

    "Report"un məlumatına görə, bu barədə "Reuters" şəhər nəqliyyatı idarəsinə istinadən xəbər verib.

    Xəbərdə bildirilir ki, naməlum şəxs metroda insanlara atəş açıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

    "Şübhəli şəxs saxlanılıb, təhqiqat aparılır" – deyə idarənin xəbərində bildirilir. Atışmanın baş verdiyi "West Lake Station" müvəqqəti olaraq bağlanılıb.

    Yaralıların vəziyyəti və ölənlərin olub-olmaması barədə məlumat verilmir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi