Yaxın aylarda Amerika Birləşmiş Ştatları İraqdakı hərbi kontingentinin sayını yenidən azaldacaq və rəsmi Bağdadla bu ölkədə qalacaq amerikalı hərbçilərin statusunu müzakirə edəcək.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumat iki ölkənin qəbul etdiyi birgə bəyanatda bildirilib.
ABŞ-la İraq arasında cümə günü strateji dialoq çərçivəsində müzakirələr aparılıb.
Qeyd olunub ki, amerikalı hərbçilərin sayının azaldılmasına səbəb İŞİD-dən gələn təhlükənin aradan qaldırılması istiqamətində əhəmiyyətli irəliləyişin əldə olunmasıdır.
Xatırladaq ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqda terrorçulara qarşı 2014-cü ildən bəri əməliyyat keçirir.