ABŞ-da yüzlərlə insan meşə yanğınları nəticəsində xəstəxanaya yerləşdirilib

ABŞ-da yüzlərlə insan meşə yanğınları nəticəsində xəstəxanaya yerləşdirilib Daha çox Çattanuqa şəhərinin sakinləri zərər çəkib
Digər ölkələr
16 Noyabr , 2016 04:56
ABŞ-da yüzlərlə insan meşə yanğınları nəticəsində xəstəxanaya yerləşdirilib

Bakı. 16 noyabr. REPORT.AZ/ Amerikanın Tenessi ştatında meşə yanğınlarının yaratdığı tüstü səbəbindən səhhəti pisləşən yüzlərlə insan xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən ABC telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, yanğınlardan daha çox Çattanuqa şəhərinin sakinləri zərər çəkib. Burada 200-dən çox yerli sakin nəfəs borusunda yaranan problemlə bağlı həkimə müraciət edib.

Sinoptiklərin məlumatına görə, mürəkkəb vəziyyət yaxın günlərdə də davam edəcək. Çünki regionda ilin sonunadək güclü yağıntı gözlənilmir.

Ştat qubernatoru Bill Heslem yeni yanğınların qarşısını almaq üçün 50-dən çox dairənin sakininə ocaq qalamağı qadağan edib.

Son xəbərlər

Orphus sistemi