ABŞ-da yaşayış kompleksində atışma olub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

ABŞ-da yaşayış kompleksində atışma olub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb Yaralılardan birinin vəziyyəti ağırdır
Digər ölkələr
12 Yanvar , 2017 10:46
ABŞ-da yaşayış kompleksində atışma olub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Bakı. 12 yanvar. REPORT.AZ/ ABŞ-ın Nyu-Cersi ştatında Nyuarka dövlət yaşayış kompleksində atışma olub. 

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, atışma nəticəsində 1 yeniyetmə ölüb, 3 nəfər isə yaralanıb.

Yaralılardan birinin vəziyyəti ağırdır. Digər iki yaralanın həyatı üçün təhlükə yoxdur.

Yerli hakimiyyət təmsilçilərinin bildirdiyinə görə, atışma nəticəsində ölən 16 yaşlı yeniyetmədir. 

Son xəbərlər

Orphus sistemi