Bakı. 31 oktyabr. REPORT.AZ/ ABŞ-da vertolyot şəhərə düşərək bir neçə avtomobilə və binaya çırpılıb.
Bu barədə "Report" "News Channel 8"-ə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, hadisə Florida ştatında, Sebrinq şəhərində qeydə alınıb. Hadisə zamanı vertolyotda olan iki nəfər həlak olub, həmçinin yerdəki bir nəfər xəsarət alıb.
Vertolyotun düşdüyü yerdə yanğın başlayıb. Nəticədə bir bina tamamilə yanıb, digəri ziyan çəkib.
Hazırda polis əməkdaşları qəza yerindədirlər.