Yuxarı

ABŞ-da tibbi maska qıtlığı yaşanır

​ABŞ-da tibbi maska qıtlığı yaşanır

ABŞ-da qoruyucu məqsədli tibbi maskalar qıtlığı yaşanır.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın səhiyyə naziri Aleks Azar məlumat verib.

Yerli KİV yazır ki, Çində və onun hüdudlarından kənarda yeni növ koronavirusun yayılması ABŞ-da vətəndaşlar arasında qoruyucu maskalara tələbatı artırıb, nəticədə də həm Vaşinqton, həm də digər şəhərlərdə bu tip tibbi məhsulun çatışmazlığı var.

“Son günlərdə tələb o qədər yüksək olub ki, bütün tədarükümüz tükənib, indi yeni partiya mal gözləyirik”, - paytaxt Vaşinqtondakı apteklərdən birinin əməkdaşı bildirib.

Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin (CDC) verdiyi son məlumatlara görə, ABŞ-da dörd ştatda – Kaliforniya, İllinoys, Vaşinqton və Texasda yeni növ koronavirusa beş yoluxma halı təsdiq edilib. Koronavirusun ABŞ-da daha da yayılmasının qarşısını almaq üçün ölkənin 20 hava limanında karantin nəzarəti gücləndirilib.

ABŞ-ın səhiyyə naziri A.Azar maskalara ehtiyac olmadığını, bunun lazımsız addım olduğunu qeyd edib. 

“Hazırda narahatlığa heç bir əsas yoxdur”, - o brifinqdə deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi