ABŞ-da təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var

ABŞ-da təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var Bakı. 29 iyul. REPORT.AZ/ ABŞ-da kiçik təyyarə qəzaya uğrayıb.
Digər ölkələr
29 İyul , 2018 06:55

Bakı. 29 iyul. REPORT.AZ/ ABŞ-da kiçik təyyarə qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə KMOV telekanalı məlumat yayıb.

Məlumata görə, qəza İllinoys ştatında qeydə alınıb. Hadisə zamanı 4 nəfər xəsarət alıb. Onlardan 1-i uşaqdır.

Yaralılar xəstəxanaya çatdırılıb. Təyyarə enərkən elektrik xətlərinə toxunub. Nəticədə yaxınlıqdakı yaşayış məntəqələri işıqsız qalıb.

Şahidlər bildiriblər ki, təyyarə çox aşağıdan uçurmuş. Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəbini araşdırır. 

Son xəbərlər

Orphus sistemi