Yuxarı
    Bağlamaq

    ABŞ-da şagirdlər arasında atışma nəticəsində iki nəfər yaralanıb

    Bakı. 18 avqust. REPORT.AZ/ Cümə günü ABŞ-ın Palm-Biç şəhərindəki (Florida ştatı) orta məktəblərdən birinin ərazisində baş vermiş münaqişə zamanı 2 şagird odlu silah yarası alıb.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Palm-Biç dairəsi şerifinin ofisi məlumat yayıb.

    Tədris müəssisəsinin stadionunda futbol oyunu zamanı atışma barədə çoxsaylı məlumatlardan sonra məktəbə polis dəstələri cəlb olunub.

    "Məktəb ərazisindəki tədbirdə iştirak edən bir qrup şagird mübahisə edib ki, bu da onlardan ikisi arasında atışmaya səbəb olub. Yaralılardan biri məktəb ərazisində aşkar olunub, digəri isə xəstəxanaya aparılıb", - deyə polis idarəsi "Twitter"də yazıb.

    Polis hələ ki, yaralıların vəziyyəti, onların adı və yaşı barədə informasiyaya malik deyil.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi