Yuxarı

ABŞ-da prokurorun müavini məhkəmədə yeniyetməni güllələyib

ABŞ-da prokurorun müavini məhkəmədə yeniyetməni güllələyib

Bakı. 18 yanvar. REPORT.AZ/ ABŞ-da prokurorun müavini məhkəmə prosesində yeniyetməni güllələyib.

“Report”un məlumatına görə, bu barədə “WCPO” telekanalı polisə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Franklin dairəsində baş verib. Belə ki, Ohayo ştatında prokurorun müavini məhkəmə prosesi zamanı həddi-büluğa çatmamış şəxsi güllələyib.

Qeyd edilir ki, çərşənbə günü, günün birinci yarısında məhkəmədə odlu silahın tətbiqinin təhlükələri ilə bağlı 16 yaşlı yeniyetmə barəsində həddi-buluğa çatmamış şəxslərin işləri üzrə dinləmə keçirilib. Məhkəmə zalında prokurorun müavini ilə yeniyetmə və onun ailə üzvləri arasında qarşıdurma yaranıb. Bu zaman məmuru döyməyə başlayıblar. O, atəş açmağa məcbur olub və güllə müttəhimə dəyib.

Yeniyetmə xəstəxanaya yerləşdirilsə də, aldığı xəsarətdən orada ölüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi