ABŞ-da orta məktəbin heyəti ölüm təhdidi ilə əlaqədar təxliyə edilib

ABŞ-da orta məktəbin heyəti ölüm təhdidi ilə əlaqədar təxliyə edilib Hazırda polis binada axtarış aparır
Digər ölkələr
16 Dekabr , 2016 23:39
ABŞ-da orta məktəbin heyəti ölüm təhdidi ilə əlaqədar təxliyə edilib

Bərdə. 16 dekabr. REPORT.AZ/ ABŞ-ın Pensilvaniya ştatında orta məktəblərdən birinin şagirdləri, müəllimləri və digər işçilər ölüm təhdidi ilə əlaqədar təxliyə edilib.

"Report" xəbər verir ki, bu barədə yerli "Daily Local" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, insident Çester dairəsində qeydə alınıb. Belə ki, məktəbin əməkdaşları vanna otağında "12:16-da hamı öləcək" kağızını tapıblar.

Təhdidin digər təfərrüatları barədə məlumat verilmir. Hazırda polis binada axtarış aparır. 

Məktəbin şagirdləri və müəllimləri isə müvəqqəti olaraq yaxınlıqdakı orta təhsil müəssisəsinə aparılıblar. Araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi