Yuxarı

ABŞ-da nənə xəstəxanaya silahlı hücumla nəvəsini oğurladı - FOTO

​ABŞ-da nənə xəstəxanaya silahlı hücumla nəvəsini oğurladı

ABŞ-da yaşlı qadın qeyri-adi cinayət törədib.

“Report”un məlumatına görə, bu barədə şəhər hakimiyyətinə istinadən “Fox News” xəbər verir.

Bildirilir ki, hadisə Yeni Orleanda baş verib. Nənə tibb personalını tapança ilə hədələyərək, nəvəsini xəstəxanadan aparıb.

Məlumata görə, 66 yaşlı Evelina Miller həkimlərə tapança ilə hədə-qorxu gələrək 12 yaşlı qızın ona verilməsini tələb edib. Tibb işçiləri ona mane olmağa çalışıblar, amma sonda yeniyetməni verməyə məcbur olublar.

Yerli polisin məlumatına görə, qadın qaçan zaman bir tibb bacısını itələyərək yıxıb və mühafizəçini avtomobili ilə vurub. Hüquq-mühafizə orqanlarının əməkdaşları növbəti gün qızın yerini aşkarlayıblar.

Qadına qarşı uşaq oğurluğu üzrə ittiham irəli sürülüb və o həbs edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi