ABŞ-da meşə yanğınları nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb

ABŞ-da meşə yanğınları nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb Yanğınların törədilməsində şübhəli bilinən şəxs tutulub
Digər ölkələr
2 Dekabr , 2016 07:57
ABŞ-da meşə yanğınları nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb

Bakı. 2 dekabr. REPORT.AZ/ ABŞ-ın Tenessi ştatında meşə yanğınları nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ştatın Fövqəladə Hallar Agentliyinin nümayəndəsi Din Flener məlumat verib.

Bazar ertəsi güclü külək yanğınların yayılmasını sürətləndirib və nəticədə 14 mindən çox yerli sakin və turist Qatlinberq şəhərini tərk etmək məcburiyyətində qalıb. 

Yanğınların törədilməsində şübhəli bilinən şəxs saxlanılıb.

Son xəbərlər

Orphus sistemi