​ABŞ-da məktəbli avtobusu atəşə tutulub

​ABŞ-da məktəbli avtobusu atəşə tutulub Hadisə nəticəsində iki məktəbli qız yaralanıb
Digər ölkələr
15 May , 2015 06:30
​ABŞ-da məktəbli avtobusu atəşə tutulub

Bakı. 15 may. REPORT.AZ/ Amerikanın Florida ştatının Ceksonvil şəhərində naməlum şəxslər uşaqları aparan məktəbli avtobusunu atəşə tutublar.

"Report" xəbər verir ki, bu barədə "The Florida Times-Union" qəzeti yazıb.

İnsident nəticəsində 14 və 15 yaşlı iki qız yüngül yaralanıb, onların həyatı üçün heç bir təhlükə yoxdur.

Qeyd olunur ki, avtobus uşaqları evlərinə aparırmış. Atəş açılan zaman nəqliyyat vasitəsində müxtəlif tədris müəssisəsinin 30 şagirdi olub.

Polis iki şübhəli şəxsi axtarır.

Son xəbərlər

Orphus sistemi