Bakı. 18 oktyabr. REPORT.AZ/ ABŞ-da "Maykl" qasırğası qurbanlarının sayı 33 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "USA Today" yerli hakimiyyət orqanlarına istinadən bildirib.
Nəşrin xəbərinə görə, təbii hadisənin ən çox tələfatı Florida ştatındadır. Qasırğa burada 23 nəfərin həyatına son qoyub. Həmçinin "Maykl" qasırğasından 6 nəfər Virciniyada, 3 nəfər Şimali Karolinada və 1 nəfər Corciyada ölüb.
Daha əvvəl qasırğanın 29 nəfərin həyatına son qoyduğu bildirilirdi. ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton qasırğanın zərər vurduğu hər bir ərazi üzərində səylə çalışır.