ABŞ-da daha iki nəfər koronavirus infeksiyasının qurbanı olub.
“Report” CNBC-yə istinadən xəbər verir ki, ölüm faktı ABŞ-ın Florida ştatında qeydə alınıb.
Beləliklə, ölkədə koronavirusdan ölənlərin sayı 17-yə çatıb.
Bundan əlavə, ABŞ-da yoluxma faktı da daha 15 nəfər artaraq 334-ə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 238-ə çatıb. Bunların 57 623 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.