Yuxarı

ABŞ-da koronavirusdan 9 mindən çox insan öldü

ABŞ-da koronavirusdan 9 mindən çox insan öldü

485

ABŞ-da koronavirus qurbanlarının sayı 9 267 nəfər təşkil edir.

“Report” RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, ölkədə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 325 minə çatıb. Birləşmiş Ştatlarda 16,8 min nəfər xəstəlikdən sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib. Dünyada koronavirusa yoluxma ilə bağlı qeydə alınmış halların ümumi sayı 1 133 758, ölüm hallarının sayı 62 784 nəfər təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi