ABŞ-da irqçilərin mitinqinin dağıdılması zamanı 23 nəfər həbs edilib

ABŞ-da irqçilərin mitinqinin dağıdılması zamanı 23 nəfər həbs edilib Bir sıra etirazçılar mitinqə silahla gəlməyi planlaşdırırmış
Digər ölkələr
9 İyul , 2017 09:52
ABŞ-da irqçilərin mitinqinin dağıdılması zamanı 23 nəfər həbs edilib
AP Photo/Mark Foley

Bakı. 9 iyul. REPORT.AZ/ ABŞ-ın Virciniya ştatında şənbə günü ifrat sağçı, irqçi Ku-kluks-klan təşkilatının mitinqinin dağıdılması zamanı 20-dən artıq aksiyaçı həbs olunub.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, mitinq 50 min sakinin yaşadığı Şarlotsvill şəhərində keçirilib. Minə yaxın mitinqçi yerli hakimiyyətin qərarı ilə Konfederativ Ştatlarının baş komandanı, general Robert Edvard Linin (1807-1870) abidəsinin sökülməsinə qarşı etiraz aksiyası keçirib.

Onlarla etirazçı aksiya zamanı ağ mantiya və papaq, təşkilatın ənənəvi paltarlarını geyiniblər. Onlar həmçinin irqçi şüarlar səsləndiriblər.

"The Washington Post" qəzetinin məlumatına görə, bir sıra etirazçılar mitinqə silahla gəlməyi planlaşdırırmış. Onların firkincə, "bu, irqçilərin azad ştatda yaşamasını sübut edir".

Qeyd edək ki, general Li ABŞ-da quldarlığın saxlanılmasının tərəfdarlarından olub. O, vətəndaş müharibəsi dövründə quldarları müdafiə edən Konfederativ Ştatların tərəfindən çıxış edib.  

Son xəbərlər

Orphus sistemi