​ABŞ-da İŞİD-ə yardım etmək istəyən 3 amerikalı saxlanılıb

​ABŞ-da İŞİD-ə yardım etmək istəyən 3 amerikalı saxlanılıb Onlardan biri Suriyaya gedərək terrorçulara qoşulmaq niyyətində imiş
Digər ölkələr
23 İyul , 2016 02:05
​ABŞ-da İŞİD-ə yardım etmək istəyən 3 amerikalı saxlanılıb

Bakı. 23 iyul. REPORT.AZ/ ABŞ-ın Florida ştatının hüquq-mühafizə orqanları İŞİD-ə yardım etməkdə şübhəli bilinən 3 amerikalını həbs edib. 

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, onlardan biri Mayami aeroportunda həbs olunub. O, Avropaya gedərək buradan təyyarə ilə Suriyaya uçmaq və terrorçulara qoşularaq döyüşmək niyyətində imiş.

Saxlanılanlardan 3-ü də islamı qəbul edərək özlərinə Davud, Cəbrayıl və Şahur adlarını seçiblər. Saxlanılanlar 31, 50 və 52 yaşlarındadır. 

Son xəbərlər

Orphus sistemi