ABŞ-da hərbi təlim təyyarəsi qəzaya uğrayıb

ABŞ-da hərbi təlim təyyarəsi qəzaya uğrayıb Hadisənin başvermə səbəbləri barəsində məlumat verilmir
Digər ölkələr
18 Yanvar , 2017 03:10
ABŞ-da hərbi təlim təyyarəsi qəzaya uğrayıb

Bakı. 18 yanvar. REPORT.AZ/ ABŞ-da təlim təyyarəsi qəzaya uğrayıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, hadisə Missisipi ştatındakı hərbi bazada baş verib.

Məlumata görə, hadisə ştatın qərb hissəsində qeydə alınıb. Hadisə zamanı "T-45C Goshawk" təyyarəsinin göyərtəsində təlimatçı pilot və onun tələbəsi olub. Onlar qəza zamanı katapulta (qəza zamanı pilotu təyyarədən tullamaq üçün mexanizm - red) edə biliblər.

Təlimatçı pilot və onun tələbəsi xəstəxanaya yerləşdiriliblər və vəziyyətləri sabitdir. 

Hadisənin başvermə səbəbləri barəsində məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi