ABŞ-da girov götürülən 4 uşaq ölü tapılıb - YENİLƏNİB

ABŞ-da girov götürülən 4 uşaq ölü tapılıb - YENİLƏNİB Asayiş keşikçiləri onu tutmaq istəyəndə, kişi onlara atəş açıb
Digər ölkələr
12 İyun , 2018 08:22
ABŞ-da girov götürülən 4 uşaq ölü tapılıb - YENİLƏNİB

Bakı. 12 iyun. REPORT.AZ/ ABŞ-da girov götürülən 4 uşaq ölü tapılıb.


***00:35

Bakı. 12 iyun. REPORT.AZ/ Birləşmiş Ştatların Florida ştatının Orlando şəhərində bir kişi 4 uşağı artıq 12 saatdan çoxdur ki, girov saxlayır.

“Report” xəbər verir ki, bu barədə yerli polisin məlumatında bildirilir.

Qeyd olunur ki, iyunun 10-u axşam polisə bir qadın zəng edərək dostu tərəfindən döyüldüyünü bildirib. Asayiş keşikçiləri onu tutmaq istəyəndə, kişi onlara atəş açıb. Sonda bir polis əməkdaşı yaralanıb, kişinin özü isə 1, 6, 10 və 11 yaşlarında olan dörd uşağı girov götürərək mənzildə müdafiə olunur.

Son xəbərlər

Orphus sistemi